Kanadada ayı evə girdi: qadını və onun 10 aylıq körpəsini parçaladı

Kanadanın arktik Yukon ərazisində qrizli ayısının hücumu nəticəsində qadın və onun 10 aylıq qızı həlak olub.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, hadisə noyabrın 26-da günorta saatlarında Mayo yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.

Yırtıcı 37 yaşlı Valer Teoretin evinə girib. Hadisə baş verən zaman evdə olmayan ailə başçısı Jermon Roşolt geri qayıdanda ayı ilə qarşılaşıb və onu güllələyib. O, faciəni gördükdən sonra polisə zəng edib.

Hadisə ilə bağlı araşdırma başlayıb.