Kanadada məsciddə atışma: 5 nəfər ölüb

Kanadada məsciddə silahlı insident baş verib.

Yeniçağ.Az-ın rusiya mediyasına istinadən verdiyi xəbərə görə, hadisə Kvebek şəhərində qeydə alınıb.

İlkin məlumata əsasən, üç silahlının açdığı atəş nəticəsində 5 nəfər ölüb.

Hadisə baş verdikdə məsciddə 40-a yaxın dindar olub.

Polis əməkdaşları tərəfindən məsciddə baş verən atışma ilə bağlı iki şübhəli şəxs saxlanılıb..

Yeniçağ.Az