!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kanadada məscidə hücumun terror aktı olduğu açıqlanıb

!Reklam – Yazi

Kanadada məsciddə 5 nəfərin ölümü ilə nəticələnən silahlı insident terror aktıdır.

APA-nın RİA “Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə hadisənin baş verdiyi Kvebek vilayətinin baş naziri Filip Kuyar bildirib.

Terror aktı axşam namazı vaxtı törədilib. Hadisə baş verərkən məsciddə 40-dək adam olub.

Yerli KİV hücumda 3 terrorçunun iştirak etdiyini bildirir. Artıq hüquq-mühafizə orqanları 2 şübhəli şəxsi saxlayıb.

Baş nazir F. Kuyar Kvebek parlamentinə vilayətin bayrağının endirilməsi ilə bağlı müraciət edib.

Ölkənin baş naziri Castin Trüdo isə məsciddə baş verən terror aktını pisləyərək həlak olanların yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, 2016-cı ilin Ramazan ayında eyni məscidin qapısına donuz başı atılmışdı.

Yenicag.az

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv