Kanadada zəncirvari qəza: 70 avtomobil toqquşdu

Kanadada 70 avtomobilin iştirakı ilə qəza baş verib.

Yenicag.az xəbər verir ki, bir neçə nəfər xəsarət alıb.

Hadisə yerli vaxtla saat 10 radələrində Ontario əyalətinin şərqində baş verib. Qəzada bir neçə yük maşını və bir benzin daşıyan maşın iştirak edib. Qəza nəticəsində 500 litr dizel yanacağı dağılıb.

Ontario polisi qeyd edib ki, qəzanın səbəbi güclü qar və yollarda duman olması göstərilir./Trend/