Kanadadan qərəzli bəyanat – XİN etiraz etdi

“Kanadanın Laçın yolunun açılması ilə bağlı qərəzli bəyanatını rədd edirik”.

Yenicag.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində qeyd olunub.

“Kanada yaxşı olardı ki, Ermənistanı Laçın yolundan qeyri-qanunu hərbi və iqtisadi məqsədlərə görə, eyni zamanda 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların daşınması üçün istifadə etməkdən çəkinməyə çağırmaqla sülh prosesinə yardım etsin” – paylaşımda bildirilir.