Rusiya Premyer-Liqasında mübarizə aparan komandanın kanadalı legioneri geri qayıtmaqdan boyun qaçırır.
Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, “Nijni Novqorod” komandasının oyunçusu Riçlord Ennin klubla əməkdaşlığı davam etdirmək istəmir.
Qeyd olunur ki, “Nijni Novqorod” Ennini Latviyanın “Spartak” komandasından icarəyə götürüb.
Rusiya komandasının idman direktoru Ravil İzmaylov bildirib ki, kanadalı futbolçu geri qayıtmaq niyyətində deyil:
“Ennin bu gün üçün geri dönmək istəmir və karyerasını davam etdirmək üçün Avropadakı variantları nəzərdən keçirir”.