Kanadanın Baş naziri Castin Trüdo Liberal Partiyasının lideri vəzifəsindən istefa verib.
Yenicag.az xəbər verir ki, o, yeni lider seçilənə qədər səlahiyyətlərini icra edəcək.
Trüdo baş nazir postunda qalacaq.
Qeyd edək ki, o, ərzağın artan qiymətləri və ölkədəki mənzil böhranı səbəbindən deputatların etirazından sonra Kanadanın hakim partiyasının lideri vəzifəsindən istefa verdiyini açıqlayıb.
Xatırladaq ki, dekabrın 16-da Baş nazirin müavini və maliyyə naziri Kristia Friland Trüdo onu başqa vəzifəyə keçirmək qərarına gəldiyi üçün istefa verdiyini açıqlayıb. Həmin gün Mənzil, İnfrastruktur və İcmalar naziri Şon Freyzer hökumətdən istefa verdiyini açıqlayıb.
Bu ardıcıl istefalar müxalifətin və bir sıra ictimai xadimlərin tənqidinə səbəb olub. Onlar kabinetinə nəzarət edə bilmədiyi üçün Baş nazirin dərhal istefasını tələb ediblər. Eləcə də, bir neçə liberal deputat Trüdonun Kanada Liberal Partiyasının rəhbəri vəzifəsindən getməsinin lehinə çıxış edib.
Həmin axşam siyasətçi postunu tərk etmək fikrində olmadığını açıqlayıb. Dekabrın sonunda Kanada Yeni Demokratik Partiyasının lideri, əvvəllər Trüdoya sadiq olan Caqmet Sinq də söz vermişdi ki, onun partiyası 2025-ci ildə hökumətin istefasına səs verəcək./Report/