“Kanal D”nin məşhur serialı finala gedir

Türkiyənin daha bir məşhur serialı reytinq qurbanı olub.

Yenicag.az xəbər verir ki, Kanal D-də yayımlanan “İsimsizlər” serialının finalı çəkilir. Serial 27-ci bölümü ilə izləyicilərinə vida edəcək. Sssenarisi Ali Doğançay və Okan Lalikə məxsus serialda Hande Soral, Uğur Güneş, Bülent Alkış kimi məşhurlar rol alırdı.

Məlumata görə, “İsimsizler”in yerinə Çağla Şikel və Alişanın oynayacağı “Dostlar Məhəlləsi” serialı başlayacaq.