Bu gün Audiovizual Şuranın videoformatda iclası keçirilib.
Yenicag.az xəbər verir ki, iclasda “Kanal S” televiziya kanalının efirində reklam qanunvericiliyinin tələblərinin pozulması faktı müzakirə olunub.
Regional yerüstü televiziya yayımçısı və peyk yayımı həyata keçirən platforma yayımçısı olan “Kanal S” televiziya redaksiyasının efirində 25 iyun 2023-cü il tarixində saat 17.00-18.00 arası 13 dəqiqə reklam yayımının həyata keçirilməsi ilə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin pozulmasına yol verilib.
Audiovizual Şura “Media haqqında” Azərbaycan Respublikası Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq “Kanal S” televiziya redaksiyasının proqramlarının yayımını 05 iyul 2023-cü il tarixdə 3 (üç) saatlıq müddətə (saat 09.00-dan saat 12.00-dək) dayandırılması barədə qərar qəbul edib.