!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kann kinofestivalı təxirə salındı

!Reklam – Yazi

Cari ilin 12 may – 23 may tarixlərində keçirilməsi nəzərdə tutulan Kann kinofestivalı Fransada yayılan koronavirus pandemiyasına görə təxirə salınıb.

Yenicag.az “TASS”a istinadən xəbər verir ki, bu barədə təşkilatçıların yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, hazırda kinofestivalın iyunun sonu – iyulun əvvəlində keçirilməsi müzakirə olunur.

“Fransada və dünyadakı səhiyyə sahəsində vəziyyətin inkişafı bizə real durumu qiymətləndirməyə imkan verdikdən sonra qərarımızı bildirəcəyik. Qlobal səhiyyə böhranının bu dövründə, COVID-19 qurbanları haqqında düşünürük və bu xəstəliklə mübarizə aparan hər kəslə həmrəyik”- deyə təşkilatçıların məlumatında bildirilir./Report/

www.yenicag.az

563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv