İtaliya millisinin sabiq üzvü, hazırda məqşçi fəaliyyəti ilə məşğul olan Fabio Kannavaronun yeni iş yeri müəyyənləşib.
Yenicag.az xəbər verir ki, 45 yaşlı məşqçi Çin millisini çalışdıracaq.
O, eyni zamanda Çinin “Quançjou Everqrand” klubuna rəhbərlik etməkdə davam edəcək.
Qeyd edək ki, bunadək Asiya təmsilçisini Marçello Lippi çalışdırıb.