“Kapital Bank” Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” yarışının qalibi oldu.
13 dekabr 2022-ci il tarixində banklar arasında keçirilən tədbirdə ölkənin 12 bankının, ümumilikdə 80-dək əməkdaşla iştirak edib.
Yarış zamanı bütün rəqiblərini üstələyən Kapital Bank-ın yığma komandası, yarışın çempionu adına layiq görülüb. Qalib komandaya yarışın kuboku təqdim olunub.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.