“Kapital Bank” işçi axtarır – VAKANSİYA

“Kapital Bank” məlumat xidməti üzrə kiçik mütəxəssisi vəzifəsinə işçi axtarır.

Yeniçağ.Az  xəbər verir ki, 21 – 28 yaşlı ali təhsilli, MS Office proqramları üzrə bilikləri olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi mart ayının 19-dur.
İş barədə məlumat

Kapital Bank namizədləri aşağıdakı filiallar üzrə Müştəri Əlaqələndiricisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

İmişli, Beyləqan, Astara, Şamaxı, Tərtər, Zərdab, Kürdəmir, Ağsu filialları

– Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması
– Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi
– Elektron növbəlilik sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi
– Ödəniş terminalları və Q-matic cihazından istifadə qaydaları haqda məlumatların verilməsi

Namizədə tələblər

– Ali təhsil
– Azərbaycan dilində əla danışmaq qabiliyyəti
– Ünsiyyətqurma və izahetmə qabiliyyəti
– Operativlik və dəqiqlik
– Məsuliyyətlilik və təzyiqə davamlılıq
– MS Office proqramları üzrə biliklər

Telefon (012) 598-12-95
E-mail [email protected]

 

Yeniçağ.Az