Kapital Bank SMS bildirişi ödənişli etdi: Hər kart üçün 1 manat

Sabahdan Kapital Bank kartları vasitəsilə aparılan əməliyyatlar haqqında SMS vasitəsilə məlumatın alınması xidməti pullu olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə bank müştərilərinə bu gün xəbərdarlıq mesajı yollayıb.

Belə ki, 9, 10, 11 avqustdan etibarən Birbank debet kartlarında SMS bildirişləri söndürüləcək. SMS almağa davam etmək üçün müştərilər xidməti “Birbank” mobil tətbiqindən aktivləşdirməli və bunun üçün aylıq xidmət haqqı ödəməlidir.

Xidmət haqqı hər kart üçün 1 manat təşkil edəcək.

 

COP29