Ölkənin birinci bankı “Kapital Bank” gənclərin inkişafına və karyera yollarında uğur qazanmalarına dəstək olmaq məqsədilə müxtəlif təlimlər təşkil etməyə davam edir.
Yenicag.az xəbər verir ki, bu dəfə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Kapital Bank otağı” və Bakı Slavyan Universitetinin karyera mərkəzində “Emosional zəka” mövzusunda təlimlər keçirilib.
Hər iki təlim “Kapital Bank”ın İstedadların İdarə Edilməsi departamentinin İşçi Bağlılığı və Motivasiya şöbəsinin baş mütəxəssisi Nərmin Əhmədzadə tərəfindən keçirilib. Təlim zamanı tələbələr emosional zəkanın iş həyatında və şəxsi inkişafdakı rolu, eləcə də onu artırmaq üçün effektiv üsullar və tətbiq sahələri haqqında ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, hər zaman təhsilə dəstək layihələri ilə gündəmə gələn “Kapital Bank” Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Mühəndislik Universitetində müasir texnoloji standartlara cavab verən “Kapital Bank” otaqlarının açılışını həyata keçirib. Bu otaqlar tələbələrin müxtəlif təlimlərdə iştirak edərək yeni bacarıqlar qazanması üçün istifadəyə verilib. Bank gələcəkdə də gənclər üçün innovativ təlim proqramları və tədbirlər keçirməyə davam edəcək.
Ölkənin birinci bankı olan “Kapital Bank” PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.