Xəbər verdiyimiz kimi, Kapital Bank-ın dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Yaşa” təqaüdçülər mərkəzi fəaliyyət göstərir. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, B.Bünyadov küç.,12) fəaliyyət göstərir.
Yenicag.az xəbər verir ki, ötən həftə təqaüdçülər üçün növbəti maliyyə savadlığı tədbirləri keçirilib. Mərkəzə gələn bir sıra təqaüdçüyə Kapital Bank-ın mətbuat katibi Pərviz Sədrəddinov tərəfindən “Ödəniş kartlarından istifadə vətəhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib. Təlim materiallarında pensiya kartları, bankomat, PİN kod, POS terminal barədə ətraflı məlumat verilib. Həmçinin kart itirildikdə, oğurlandıqda, bankomatda qaldıqda nə etmək lazım olduğu izah olunub.
Qeyd edək ki, “Yaşa” mərkəzinin əsas məqsədi təqaüd yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Mərkəzin hazırda 300-dən artıq aktiv üzvü vardır. Hər dəfə müxtəlif mövzularda keçirilən təlimlərdə 40-50 nəfər iştirak edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.