“Kapital Bank” ASC-nin Mikrobiznes departamentinə direktor təyin edilib.
Yenicag.az xəbər verir ki, Bəxtiyar Rəsulov sözügedən departamentin direktoru təyin edilib.
Qeyd edək ki, 2017-ci ildə “Bank Respublika” ASC-dən “Kapital Bank”a gələn B.Rəsulov bundan öncə Mikrobiznes departamentinin direktor müavini olub.