“Kapital Bank”da qanvermə aksiyası keçirildi

Müxtəlif sosial təşəbbüslərə hər zaman fəal dəstək göstərən “Kapital Bank” 8 may – Beynəlxalq Talassemiya Günü ərəfəsində Azərbaycan Talassemiya Federasiyası ilə birgə ənənəvi qanvermə aksiyası keçirib. “Bir qan, bir can” şüarı ilə keçirilən qanvermə aksiyası 3 və 5 may 2023-cü il tarixində bankın baş ofisində olub.

Yenicag.az xəbər verir ki, Mərkəzi Qan Bankı tərəfindən ezam olunan tibb briqadasının həkim-hematoloqları “Kapital Bank”ın əməkdaşlarının sağlamlıq durumunu yoxladıqdan sonra onların aksiyada iştirak etmələrinə icazə verib. Ümumi olaraq 100 nəfərdən artıq əməkdaş könüllü olaraq aksiyaya qoşularaq qana ehtiyacı olan uşaqlara dəstək göstərib.

Qeyd edək ki, Hazırda Azərbaycanda 2000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib. Məhz bu məqsədlə ölkədə Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü ilə mütəmadi olaraq kütləvi qanvermə aksiyaları keçirilir.

 

COP29