Ölkənin birinci bankı “Kapital Bank”ın baş sponsorluğu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı, “Azercosmos”, “4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “İnnovasiyalar Mərkəzi”nin rəsmi tərəfdaşlığı ilə ölkəmizdə ilk “iFest- İnnovasiya və Texnologiya” festivalı keçirilib.
Yenicag.az xəbər verir ki, layihənin əsas məqsədi texnologiya şirkətləri ilə gənclər arasında yeni əlaqələrin qurulması, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və ideaların nümayişini həyata keçirməkdir.
Qeyd edək ki, festival ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına(COP29)-a həsr olunub və “Yaşıl texnologiya – yaşıl dünya naminə” şüarı altında baş tutub. Tədbir çərçivəsində müxtəlif maraqlı fəaliyyətlər, startapların təqdimatı, investor görüşləri, texnologiya şirkətlərinin sərgisi, eləcə də əyləncəli şou proqramlar keçirilib.
Silsilə xarakter daşıyan festivalda “Gələcəyin İnnovasiyası: Texnologiyaya istiqamət verən Trendlər və Strategiyalar” və “COP29 və İnnovasiya: Dayanıqlı Gələcək üçün İnnovativ Həllər” mövzularında iki panel müzakirələri aparılıb. Kapital Bank-ın kiçik və orta sahibkarlarla iş departamentinin satış şöbəsinin müdiri Rəşad Babayev ilk panelin çıxışçıları arasında müzakirələrdə iştirak edib.
Qeyd edək ki, “iFest-İnnovasiya və Texnologiya” festivalı silsilə xarakter daşıyır və növbəti illərdə də keçirilməsi planlaşdırılır.
Ölkənin birinci bankı olan “Kapital Bank” PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.