!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kapital Bank”ın dəstəyi ilə “Bakı Yayı-2024” turniri keçirilib

!Reklam – Yazi

Ölkənin birinci bankı “Kapital Bank”ın Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində “Bakı Yayı-2024” intellektual oyunlar kuboku baş tutub.

Yenicag.az xəbər verir ki, 6-11-ci sinif şagirdlərinin iştirak etdiyi yarışma “Nə? Harada? Nə zaman?” və “Breyn Rinq” formatında keçirilən intellektual oyunları əhatə edib. Yarışmada respublika çempionatını uğurla başa vurmuş, Bakı və Sumqayıt şəhərlərini təmsil edən 16 ən yaxşı komanda mübarizə aparıb.

İntellektualların gərgin mübarizəsində Sumqayıt şəhərini təmsil edən “Dahilər” komandası “Nə? Harada? Nə zaman?”, Bakı şəhərini təmsil edən “Zəkalar Sr” komandası isə “Breyn Rinq” oyunu üzrə birincilik əldə edib. Zəkalar Sr” komandası eyni zamanda “Bakı yayı-2024” intellektual oyunlar üzrə də yarışın ümumi qalibi adına layiq görülüb.

Sonda yarışın qalibləri və iştirakçıları kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, “Kapital Bank” korporativ sosial məsuliyyət yönümlü fəaliyyətinə uyğun olaraq Elm və Təhsil Nazirliyi ilə mütəmadi əməkdaşlıq edir, intellektual oyunları və təhsil layihələrini dəstəkləyir.

Ölkənin birinci bankı olan “Kapital Bank” PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv