Xəbər verdiyimiz kimi “Kapital Bank”ın buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ dolları həcmində olan, subordinasiya olunmuş istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Yenicag.az xəbər verir ki, qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilməsi 8 iyul 2024-cü il tarixində yekunlaşıb. Yerləşdirmədə 33 fiziki və 4 hüquqi şəxs olmaqla, ümumilikdə 37 investor iştirak edib. Yerləşdirmə həcminə gəldikdə isə ümumi məbləğin 18 387 000 dolları (61%) fiziki şəxslərin, 11 613 000 dolları (39%) isə hüquqi şəxslərin payına düşüb.
Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Ölkənin birinci bankı olan “Kapital Bank” PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.