“Kapital Bank”ın filial müdirinin intihar SƏBƏBİ – Azyaşlı oğlu xərçəngdən öldü, özü… – FOTO / YENİLƏNDİ
bu gün “Kapital Bank”ın filial müdiri Mahir Sultanov intihar edib.
Məlumata görə, mərhum 1 il öncə 11 yaşlı övladını xərçəngdən itirib. Belə ki, Mahir Sultanov övladının sağlamlığı üçün bütün əmlakını satsa da, onu xilas edə bilməyib.
Azyaşlı oğlunun ölümü ilə o, tamamilə sarsılıb və sonda intihar edərək həyatına son qoyub./Unikal.org/
***
Paytaxtın Binəqədi rayon sakini Mahir Sultanovun yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, prokrorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub. Zəruri prosessual hərəkətlər həyata keçirilib.
Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Mahir Sultanov ölkənin aparıcı banklarından birinin Xəzər rayon filialının müdiri vəzifəsində çalışıb.
“Kapital Bank”ın Xəzər rayon filialının müdiri Mahir Sultanov intihar edib.
Yenicag.az xəbər verir ki, Bankın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov intihar səbəblərinin müvafiq qurumlar tərəfindən araşdırıldığını bildirib.
O, Şüvəlan qəsəbəsində yerləşən filiala rəhbərlik edirdi.
Faktla bağlı araşdırma aparılır.