“Kapital Bank”ın nağd kredit lotereyasının final tirajının qalibləri bəlli oldu

Xəbər verdiyimiz kimi ölkənin birinci bankı “Kapital Bank”da nağd kredit əldə edən müştərilər üçün lotereya keçirilib.

Yenicag.az xəbər verir ki, lotereyanın şərtlərinə əsasən 15 aprel-3 iyun 2024-cü il tarixlərində “Gündəlik təlabat krediti” rəsmiləşdirilən müştərilər avtomatik olaraq lotereyada iştirak edib qalib ola bilərdilər.

12 iyun 2024-cü il tarixində lotereyanın 2-ci və final tirajları baş tutub. Canlı yayımda təsadüfi üsulla seçilən 23 nəfər 2-ci tirajın qalibi olub. Qaliblər əldə etdikləri kreditin maksimum 500 AZN aylıq ödənişini hədiyyə olaraq qazanıblar.

2-ci tirajın qalibləri haqqında ətraflı məlumat: https://kbl.az/prqi

Bundan başqa 15 aprel-3 iyun 2024-cü il tarixləri aralığında nağd kredit əldə edən müştərilər arasında keçirilən təsadüfi seçimdə 4 nəfər final tirajının qalibi oldu. Qaliblər kreditlərinin maksimum 10 000 AZN olmaqla tam ödənişini hədiyyə olaraq qazandılar.

Final tirajının qalibləri haqqında ətraflı məlumat: https://kbl.az/prqf 

Ölkənin birinci bankı olan “Kapital Bank” PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az   saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

COP29