“Kapitulyasiyanı Şahramanyan yox, Robert Koçaryan və Serj Sarkisyan imzalayıb”.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu bu gün, dekabrın 11-də “Vətəndaş müqaviləsi”nin üzvü Gevorq Papoyan parlamentdə jurnalistlərlə söhbətində deyib.
“Qarabağ “ordu”sunun buraxsınlar, silahlarını Azərbaycana təhvil versinlər, orada hər şeyi atsınlar, sonra da Ermənistana gəlsinlər ki, burada Qarabağ “parlament”inin sessiyasını keçirsinlər? Bu, Ermənistana qarşı bombadır və qəbuledilməzdir”.
O, daha sonra qondarma qurumun ləğvinin Samvel Şahramanyan yox, Robert Koçaryan və Serj Sarkisyan tərəfindən imzalandığını qeyd edib.
“Qarabağın kapitulyasiya müqaviləsini Şahramanyan yox, Robert Koçaəryan və Serj Sarkisyan imzalayıb”, – Papoyan bildirib.
Xuraman Etibarlı