“Kara sevda”nın Nihanı Bakıda – FOTOLAR

Türkiyənin tanınmış aktrisası Neslihan Atagül Doğulu Bakıya gəlib.

Yenicag.az xəbər verir ki, “Pantene”-nin siması olan aktrisa Bakıya “Pantene – möcüzə gecəsi”ndə iştirak etmək üçün gəlib.Qeyd edək ki, Azərbaycan ilk dəfədir ki, “Pantene – kelebekler mükafatları”nda iştirak edir. Ölkəmiz üçün “Azərbaycanın ən parlaq ulduzu” kateqoriyası ayrılıb. Nominasiya üzrə 3 namizəd var: Röya, Miri Yusif və Nigar Camal.

Türkiyənin tanınmış aktrisası Neslihan Atagül bu dəqiqələrdə şəhərin mötəbər otellərinin birində jurnalistləri başına yığaraq, mətbuat konfransı keçirir. Konfransın aparıcısı Nəsib Nur tədbirin məqsədini media nümayəndələrinə açıqladıqdan sonra söz “Pantene”nin Bakıdakı nümayəndəsinə verildi. Daha sonra Neslihan Atagül söz aldı.

Jurnalistləri salamlayan aktrisa Bakıya ilk dəfə gəldiyini və şəhərimizə, insanlarımıza heyran olduğunu bildirdi.

“Mən heç bilməzdim ki, Nihanı Bakıda hamı tanıyır və sevir. Açığı, bu, mənə çox xoş oldu. Sizlərə vuruldum. Bu dəqiqə həyəcandan tir-tir əsirəm. Heç bilmirəm, axşamkı konsertdə o qədər insanın qarşısına necə çıxacam”, – deyən aktrisa həyəcanını da gizlətməyib.

Cəvahir