!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Karantin dövründə ayrılan MƏŞHURLAR - FOTOLAR

!Reklam – Yazi

Koronavirus (COVID-19) pandemiyası dövründən əvvəl  ev, iş, sosial həyatımıza və yaxınlarımıza vaxt ayıra bilməməkdən şikayətlənirdik. Lakin bu dövrdə tətbiq edilən karantin rejimi həm özümüzə, həm də sevdiklərimizə vaxt ayırmağa şərait yaratdı.

Bu vəziyyətin bəzi insanlara müsbət təsiri olsa da, təəssüf ki,  bir çox şəxs də zərərini gördü. Belə ki, pandemiya dövrü ayrılmaların, boşanmaların artmasına da səbəb olub.

Karantin dövründə sevgililərindən ayrılan məşhurların da sayı artıb.

Yenicag.az ayrılıq yaşayan bəzi məşhur cütlükləri təqdim edir:

İşadamı Berk Suyabatmaz tanınmış aparıcı Burcu Esmersoy ilə boşandıqdan sonra aktira Berrak Tüzünataç ilə sevgili münasibəti yaşayıb. Lakin  cütlük pandemiya dövründə sosial şəbəkə hesablarından birlikdə çəkdirdikləri fotoları silərək, ayrıldıqlarını alan ediblər.

Müğənni Aleyna Tilki Kadir Güneşlə ayrılıb. Kadir Güneşin modelyer Gülnur Güneşin qardaşı olduğu qeyd edilib.

Murat Bozdan ayrılan Aslı Enver yeni sevgili olduğu keçmiş futbolçu Kerem Tunçeridən də ayrılıb.

Həyat yoldaşından model Xloe Luqnandan boşanan müğənni Serdar Ortac yeni sevgili olduğu Seçil Güldən 1,5 ay sonra, karantin müddətində ayrılıb.

2012-ci ildən sevgili olan məşhur müğənni KutsiFeyza Çıpa pandemiya dövründə ayrılan cütlüklər siyahısındadır.

Aparıcı Esra Eron da 3 ildir birlikdə olan sevgilisi işadamı Efe Gürsoydan ayrılıb.

2017-ci ildə 6 illik həyat yoldaşı özü kimi aktyor olan Onur Saylakdan boşanan aktrisa Tuba Büyüküstün menecer Umut Evirgen ilə yaşamağa başlamışdı. Pandemiya dövründə  Tuba Büyüküstün Umut Evirgen ilə də yollarını ayırıb.

Aktirsa İrem Helvacıoğlu ve sevgilisi Eser Alp karantin dövründə ayrılmaq qərarına gələn cütlüklərdəndir

www.yenicag.az

1525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv