Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Karantin qaydalarına cərimə qorxusu ilə deyil, şüurla əməl etmək lazımdır” – DADP sədri

“Tibbi maska taxmaq, sosial məsafəni qorumaq, gigiyena qaydalarına riayət etmək hər birimiz üçün həm məcburi, həm də vacibdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə koronavirus infeksiyasının yayılması səbəbindən elan edilmiş karantina rejimində vətəndaşların xüsusi qoruyucu vasitələrdən istifadəsinin vacibliyindən danışan Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov söyləyib.

Partiya sədrinin fikrincə, cərimələrin miqdarının artırılması gigyenik qaydalara əməl etməyənləri davranışına təsirsiz ötüşməyəcək:

“Mən maskadan istifadə və vətəndaşlarımızın gigiyenik qaydalara əməl etməsini ümumən qənaətbəxş hesab edirəm. Karantin dövründə yaşayırıq. Odur ki, tibbi maska taxmaq, sosial məsafəni qorumaq, gigiyena qaydalarına riayət etmək hər birimiz üçün həm məcburi, həm də vacibdir.

İndi kimlərsə ola bilsin ki, ya məlumatsızlıqdan, ya da ki məsuliyyətsizlik ucbatından bu qaydalara əməl etməyin vacibliyini dərk etmir və qaydaları pozur, lakin cərimələrin miqdarının artırılması onları da qaydalara əməl etməyə öyrədəcək.

Karantin qaydaları kifayət qədər əhatəlidir. Düşünürəm ki, bunun müsbət nəticəsi olacaq. Lakin qaydaları bundan artıq sərtləşdirməyə zərurət görmürəm. Düzdür, bəzi millət vəkilləri və ekspertlər karantin qaydalarının daha da sərtləşdirilməsi təklifi ilə çıxış edirlər. Ancaq mən bunu adekvat yanaşma hesab etmirəm.

Az sayda məsuliyyətsiz, eqoist, cığal insanlara görə bütün vətəndaşları bu isti yay günlərində sərt karantin rejiminin yaratdığı psixoloji çətinliklərlə, panik-atakla, stresslə üz-üzə qoymaq olmaz. Bizim cəmiyyət kifayət qədər intizamlı toplumdur. Qanunlara, karantin rejiminin tələblərinə vətəndaşlarımızın mütləq əksəriyyəti məmnuniyyətlə, anlayış hissilə əməl edir.

Məsuliyyətsiz fərdlərə isə bütün toplumlarda rast gəlmək mümkündür. Mən başqa ölkələrin statistik göstəriciləri ilə və insanların karantin rejimində davranışları ilə də maraqlanıram. Qonşu Rusiyada, Gürcüstanda da qaydalara uymayan, sosial laqeydlik və eqoistlik nümayiş etdirən şəxslərə rast gəlmək mümkündür.

Ancaq onlar da əvvəl-axır islah olunurlar. Bizdə də belələrinin islah olunması üçün cərimələr artırıldı. Bunun müsbət nəticəsini görəcəyik. Ancaq bununla bərabər, maarifləndirmə işləri də genişləndirilməlidir”.

Aqil Bəkir

www.yenicag.az

360
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100