Karantin qaydalarını pozan 145 nəfər məsuliyyətə cəlb edildi

Tovuzda sanitar-karantin qaydalarını pozan 145 nəfər şəxs məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki market və digər ticarət obyektlərində eləcədə əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib.

Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 130 nəfər şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər.

İctimai nəqliyyatda keçirilən monitorinq zamanı taksi və avtobuslarda tibbi maskalardan istifadə etməyən, sosial məsafənin qorunması qaydalarını pozan sürücü və sərnişinlər aşkarlanıb.

Qeyd olunan qaydalara əməl etməyən 15 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.