!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Karantin REALLIĞI: “Sərnişindaşımanın həcmi 85 faiz azalıb” – DANX rəsmisi

!Reklam – Yazi

“Avtobus marşrutları üzrə sərnişindaşıma fəaliyyəti göstərən sürücülər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb”.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlayıb.

Nuridə Allahyarova qeyd edib ki, avtobusların salonlarında və dayanacaqlarda sərnişinlərin sosial məsafəni gözləmələri üçün Xidmətin əməkdaşları tərəfindən gündəlik nəzarət tədbirləri davam etdirilir:

“Xüsusi karantin rejimi dövründə ölkə üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) cari ilin 1-3 aprel tarixlərində 23min 1624, 4-6 aprel tarixlərində 124 min 292, 7-9 aprel tarixlərində 63 min 653, 10-12 aprel tarixlərində 69 min 043 və 13-15 aprel tarixlərində 73 min 275 sərnişin daşınıb.

Cari ilin 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) daşınan sərnişin sayı 68,4 faiz azalıb.

Həmçinin fəaliyyətinə icazə verilən yeganə şəhərlərarası avtobus marşrutları olan “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” xətləri üzrə 1-3 aprel tarixlərində 75 min 400, 4-6 aprel tarixlərində 54 min 405, 7-9 aprel tarixlərində 45 min 275, 10-12 aprel tarixlərində 43 min 460 və 13-15 aprel tarixlərində 46 min 160 sərnişin daşınıb.

Cari ilin 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları ilə daşınan sərnişin sayı 38,8 faiz azalıb. Ümumilikdə, xüsusi karantin rejiminə qədərki dövrlə müqayisədə daşınan sərnişin sayı 85 faiz azalıb.

Ötən müddət ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fəaliyyətinə icazə verilən şəhərdaxili (rayondaxili) sərnişin daşımaları, həmçinin “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları üzrə sərnişindaşıma fəaliyyəti göstərən sürücülər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb”.

Gülşən Şərif

www.yenicag.az

940
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv