Yenicag.az bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.
Yeniliyə əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında və Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmadan icazə verilir:
Argentina Respublikası;
Avstraliya İttifaqı;
Braziliya Federativ Respublikası;
Bruney Darüssalam;
Cənubi Koreya Respublikası;
Çili Respublikası;
Ekvador Respublikası;
Kamboca Krallığı;
Kosta Rika Respublikası;
Kuba Respublikası;
Küveyt Dövləti;
Qazaxıstan Respublikası;
Maldiv Respublikası;
Meksika Birləşmiş Ştatları;
Mərakeş Krallığı;
Monqolustan;
Monteneqro;
Norveç Krallığı;
Oman Sultanlığı;
Panama Respublikası;
Salvador;
Uruqvay Şərq Respublikası;
Yeni Zelandiya.
Bu Qərarda nəzərdə tutulan COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.