Karantin rejimində əhalinin davranışına REAKSİYA: “Danışanda, çoxlarının xoşuna gəlmir” – Sosioloq

“Əhalini hazırlamadan, karantin rejiminin yumşaldılması hər zaman təhlükəli olacaq”. 

Yenicag.az xəbər verir ki, bu fikirləri əksər insanların karantin rejimi ilə əlaqədar tətbiq olunan qaydalara əməl etməməsinin yaratdığı risklərə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Sosioloqun fikrincə, əhaliyə “bunu et, bunu etmə!” deməklə, müsbət nəticənin əldə olunması mümkün deyil:

“İndiki mürəkkəb vəziyyətdə əhalinin davranışının adekvat olması üçün mütləq elmi təminatlı idarəetmə və maarifləndirmə metodlarından istifadə etmək lazımdır.

Təəsüf ki, bu barədə danışanda, çoxlarının xoşuna gəlmir. Lakin əhalinin davranışı vəziyyətə uyğun olmayacaqsa, biz koronavirusla vidalaşa bilməyəcəyik. Naşılıqla həyata keçirilən hər hansı bir tədbir əks effekt verə bilər.

Ona görə də elmi təminat əsasında tədbirlər həyata keçirməklə, ölkəmizdə koronavirusun yayılma tempini 15 günə xeyli aşağı salmaq olar”.

Gülşən Şərif