“Eyni zamanda, cəzasının bitməsinə az müddət qalan 200-ə yaxın məhbus azadlığa buraxılıb”.
Yenicag.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusuna həsr olunan onlayn brifinqində çıxışı zamanı Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.
Aynur Sabitova öz çıxışı zamanı koronavirusla mübarizə çərçivəsində görülən işlər barəsində ətraflı danışıb.
O, koronavirus pandemiyasının qarşısının alınması istiqamətində görülən tədbirlərə görə ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlığını bildirib:
“Pandemiya ilə mübarizə fonunda həbsxanada olan şəxslərə də yüksək qayğı göstərilib. Prezident İlham Əliyevin sərəncamı ilə risk qrupu hesab edilən yaşı 65-dən yuxarı olan 176 nəfər əfv edilib. Eyni zamanda 200-ə yaxın məhbus cəzasının bitməsinə az müddət qaldığı üçün azadlığa buraxılıb”.
Gülşən Şərif