Karantin rejimini pozanlar CƏRİMƏLƏNDİ – Həbs edilənlər var

Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 5-dən 6-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 5, o cümlədən Bakı şəhərində 2 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, həmin obyekt sahiblərindən 1 nəfər inzibati həbs edilmiş, 4 nəfər isə inzibati cərimə olunub.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3 796 nəfərə, onlardan Bakı şəhəri üzrə 1 588 nəfərə cərimə tətbiq edilib, 5 şəxs inzibati qaydada həbs olunub.

Eyni zamanda koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfərə xəbərdarlıq edilib.

Ümumilikdə ötən gün ərzində respublika üzrə 6 nəfər inzibati qaydada həbs, 3 800 nəfər cərimə olunub, 1 nəfərə xəbərdarlıq edilib.

COP29