“Karantin rejiminin avtomatik ləğvi məqbul deyil”

“Koronavirus pandemiyasının qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib.

Hikmət Hacıyevin sözlərinə görə, hazırkı şərait dünya ölkələri kimi, Azərbaycan üçün də çətin vəziyyət yaradıb. Lakin karantin rejiminin avtomatik ləğvi məqbul deyil:

“Beynəlxalq ekspertlər və ÜST tərəfindən xüsusi vaksin təyin olunduqdan sonra prosesin bu və ya digər formada başa çatmasını qeyd edə bilərik. Mövcud vəziyyətdə hər birimiz vətəndaş olaraq, öz həyat tərzimizdə dəyişiklik etməyə məcburuq”.

Gülşən Şərif