Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Karantin və ictimai məsuliyyət: Qanun qarşısında hamı bərabərdir

Koronavirus pandemiyasının bütün dünyanı təhlükəyə atdığı bir dövrdə başda beynəlxalq qurumlar olmaqla, hökumətlər əhalinin sağlamlığını qorumaq üçün təcili tədbirlər görməkdə davam edirlər.

Epidemiyanın yayılmağa başladığı ilk andan başlayaraq, Azərbaycan hökuməti bu istiqamətdə zəruri addımlar ataraq, vətəndaşlarımızın bu qorxunc infeksiyadan qorunması üçün dövlətin bütün imkanlarını səfərbər etdi.

Cari ilin aprel ayından etibarən, ölkəmizdə sərtləşdirilməyə başlayan karantin rejimi demək olar ki, avqustun 10-na kimi davam etdi (may ayındakı qısamüddətli yumşalmadan sonra yoluxma sayının sürətlə artması məhdudlaşdırıcı tədbirlərin təkrar sərtləşdirilməsi ilə nəticələnmişdi).

Artıq xüsusi qaydalar və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi şərti ilə bir çox dövlət və kommersiya strukturlarının, o cümlədən, ictimai iaşə müəssisələrinin fəaliyyətinə icazə verilib.

Xatırladırıq ki, Azərbaycan hökuməti karantin rejiminin iqtisadiyyata və eyni zamanda, əhalinin gəlirlərinə vurduğu ziyanı nəzərə alaraq, iri və xırda sahibkarlara, həmçinin sıravi vətəndaşlara dövlət büdcəsindən yüz milyonlarla manat məbləğində yardım göstərib.

Vətəndaşlara maddi yardımların göstərilməsi karantin rejiminin tətbiq olunduğu bütün ayları əhatə etdi və ölkə əhalisi bu dəstəyin sayəsində ciddi problemlər yaşamadı. Toylar və digər kütləvi mərasimlər insanların yoluxma riskini xeyli artırdığı üçün Operativ Qərargah aprel ayında bütün ölkə ərazisində analoji tədbirlərin, habelə 10 və daha artıq sayda insanın yığışdığı digər toplantıların təşkilini qadağan etdi.

Bu qərar qeyri-neft sektorunun əsas stimulverici sahəsi olan xidmət və yeyinti sferalarına ciddi zərbə vurmaqla yanaşı, bu sahədə işləyən on minlərlə vətəndaşın da müvəqqəti işsiz qalmasına gətirib çıxardı. Amma insanların sağlamlığı, bu ölümcül virusun onlara və yaxınlarına vuracağı zərərin qarşısının alınması Azərbaycan dövləti üçün istənilən iqtisadi ziyandan daha önəmli məsələ idi.

Ona görə də, hökumət vətəndaşları düşünərək, karantin rejimini sərtləşdirmək qərarını dövri olaraq, qüvvədə saxldı. Biz həyata keçirilən bu tədbirlərin müsbət təsirini koronaviruisla bağlı açıqlanan hesabatlarda, orada göstərilən rəqəmlərdə aydın görürük.

Statistikaya əsasən, Azərbaycan əhali sayına uyğun olaraq, yoluxma, sağalma və ölüm hallarında qeydə alınan müsbət dinamikanı məhz hökumətin gördüyü tədbirlər sayəsində əldə edə bilmişdi. Koronavirusla mübarizə çərçivəsində Avropanın və Qərbin yüksək səviyyədə inkişaf etmiş səhiyyə sisteminə malik olan ölkələri ilə Azərbaycandakı vəziyyətin müqayisəsi zamanı ortaya çıxan nəticə çoxlarını müsbət mənada heyrətləndirir.

10 milyondan çox əhalisi olan Azərbaycanda son 6 ay ərzində bu ölümcül virusdan 500-ə yaxın (əsasən, yaşlı insanlar) vətəndaşımız vəfat edib. Sağalanların sayına görə isə Azərbaycan dünyada ilk onluqdadır. Bu məsələdə regionun digər dövlətlərinin geridə qoymağı bacarmağımızın əsas səbəbi məhz hökumətin vaxtında atdığı addımlardır.

Karantin rejimi və yenə məmur özbaşınalığı

Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, hər kəs qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Bu günə kimi Daxili İşlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq, müxtəlif əyləncə məclisləri təşkil edən, toy və yas mərasimləri keçirən çox sayda şəxsi məsuliyyətə cəlb edib.

Cərimələnən məsuliyyətsiz vətəndaşlarımızın sayı yüzlərlədir. O şəxslər öz məsuliyyətsiz davranışları ilə yalnız özlərinin və ailə üzvlərinin deyil, həm də bütün cəmiyyətin sağlamlığı üçün təhlükə yaradırlar. Son günlər bəzi vəzifəli şəxslərin, məmurların toy mərasimləri və onlarla insanın yığışdığı müxtəlif ziyafətlər təşkil etməsinə dair sosial şəbəkələrdə yayılan məlumatlar, fotolar, videogörüntülər cəmiyyətdə əsaslı narahatlıq doğurub .

Bu hərəkətlər siravi vətəndaşın düşüncəsində məmur özbaşınalığı və harınlığı kimi qavranılsa da, məsələyə dərindən baxdıqda, belə hərəkətlərin dövlətin qanunlarına və ölkə rəhbərinə qarşı hörmətsizlik olduğu qənaəti yaranır. Məmurların belə bir vəziyyətdə öz vəzifə səlahiyyətlərindən və sosial statuslarından sui-istifadə edərək, qoyulan qaydaları pozmaları adi vətəndaşları hiddətləndirməklə yanaşı, onları da belə addımlara sövq edir.

Sosial şəbəkələrdə vəzifəli məmurların övladlarının toy mərasimindən çəkilmiş videoların altında yazılan şərhlərə baxdıqda, vətəndaşların bu özbaşınalığa necə neqativ münasibət göstərdiklərini aydın görmək olur.

Ramiz Mehdiyevin kürəkəninə 15 sutka həbs cəzası verildi

Abşeron Rayon Məhkəməsində sabiq deputat və Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın hazırkı prezidenti Ramiz Mehdiyevin kürəkəni olan İlhаm Əliyevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Qərara əsasən, adıçəkilən şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib. O, 15 sutka müddətinə inzibati qaydada həbs edilib. Bundan başqa, onun qudası Rövşən Mustafayev də 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bu qərar bir daha göstərir ki, Azərbaycan hüquqi dövlətdir və ölkədə qanunun aliyliyi tam təmin olunub. Kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq, hər kəs törətdiyi əməllərin cəzasının qanun çərçivəsində alacaq!

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin Analitik Təhlil Qrupu

www.yenicag.az

6574