Çində təhsil alan iki tələbənin analizlərinin cavabı açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumat yayıb.
Məlumatda bildirilib ki, koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi gəlib, onlarda hər-hansı bir virus aşkarlanmayıb.
Gün ərzində tələbələrin evə buraxılacaqları gözlənilir.