1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan tələbənin kimliyi məlum olub.
Yenicag.az xəbər verir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, bu BDU-nun Amerikaşünaslıq fakültəsinin III kurs tələbəsi Zhenghai Liu Youshadır.
Bu ilin yanvar ayının ortalarında Çindən Azərbaycana gələn tələbə yanvarın 27-də Kliniki Tibbi Mərkəzə daxil olub.
Tələbənin dediyinə görə, atası Çində dünyasını dəyişib. Ona görə də o hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə karantindədir.
Xəstəxanada Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, lakin təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.