Karantindəki azərbaycanlı tələbələr görünməyən qəhrəmanlar adlı yeni trend yaradıb.
Yenicag.az xəbər verir ki, bu yaxınlarda İtaliyadan təxliyə edilən və karantin şəraitində saxlanılan tələbələrimiz, bayram günü onlara xidmət göstərən, sadəcə gözlərini görə bildikləri bütün personala maraqlı jest ediblər.
Qapılardakı kağızlara təşəkkürlərini yazaraq sosial şəbəkələrdə paylaşan tələbələrin bu addımı digərləri tərəfindən xoş qarşılanıb.