!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Karantindən bezən Emma: “Bircə bu bəla bitsəydi...”

!Reklam – Yazi

“Bircə bu bəla tez bitsin, canımız qurtarsın”.

Bunu Yenicag.az-a açıqlamasında müğənni Elmira Ələkbərzadə deyib.

Sənətçi aylardır ki, davam edən karantin rejimindən cana doyduğunu bildirib:

“Hipertoniya, şəkər, eləcə də digər xəstəliklərdən əziyyət çəkən insanlar var ki, onlar gün ərzində ən azı iki saat havada olmalı, hərəkət etməlidir. Amma hamı evə qapanıb. Oğluma balkonda necə kislarod verim?Pandemiyanın insan səhhətinə vurduğu ziyan bir yandan, digər tərəfdən də uşaqlar arasında savadsızıq baş alıb gedir. Bütün dünya alimləri sübut edib ki, şagirdlər əyani təhsil almalıdır. Onlayn təhsil uşaqları savadsızlığa aparır. Onlayn da tədris olar? Bu onlayn dərs uşaqların psixikasına mənfi təsir göstərir, onlarda isterika yaradır. İnsanlar karantindən bezib, işləmək lazımdır ki, maddi problemlərini həll etsinlər. Bircə bu bəla bitsəydi, hamı işinin başına dönərdi. Tək biz yox e, bütün dünya bezib bu pandemiyadan”.

Cəvahir

www.yenicag.az

8804
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv