!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Karantindən sonra toyların təşkilində nəyə diqqət yetirilməlidir? – Ekspertdən TÖVSİYƏLƏR

!Reklam – Yazi

“Toy məclisinin təşkili zamanı zalda qonaqların qəbulu üçün masa sayını 30 faiz azaltmaq, hər masadakı qonaqların sayını isə 10-8 nəfərə salmaq olar”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkədə 31 may tarixinə kimi toy məclislərinin və digər mərasimlərin təşkilinə qadağa qoyulub. Bu qadağanın yalnız karantin rejimi tam ləğv edildikdən sonra götürüləcəyi gözlənilir.

Lakin bu istiqamətdə gedən müzakirələrdə karantindən sonra toyların təşkilində müəyyən məhdudiyyətlərin tətbiq olunacağı bildirilir. O baxımdan, toylarla bağlı mümkün məhdudiyyətlərin nədən ibarət ola biləcəyi indidən maraq doğurur.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bu barədə Yenicag.az-a açıqlamasında bildirib ki, toyda hər kəsin tibbi maskadan istifadə etməsi, oynayanda, masa arxasında oturanda, sosial məsafə saxlaması ilə bağlı təkliflər səsləndirilsə də, bu qaydalara əməl olunacağı real görünmür:

“Toylarda elə adət-ənənələrimiz var ki, onlar milli, mənəvi və tarixi dəyərlərə əsaslanır. Bizim toylar hamı üçün eyni olan qayda-qanunla yanaşı, rayon və bölgələrə xas olan müəyyən adət-ənənələrə uyğun qaydada keçirilir.

Ona görə toylarda sosial məsafə, maskadan istifadə etmək və bu kimi qaydalara riayət edilməsi demək olar ki, mümkün olmayacaq. Bütün hallarda şadlıq evlərinin foyesində müəyyən maarifləndirici lövhələr asılmalıdır.

Eyni zamanda, zalda qonaqların qəbulu üçün masa sayını 30 faiz azaltmaq, hər masadakı qonaqların sayını isə 10-8 nəfərə salmaq olar. Həmçinin mətbəxtdə çalışanlar, xidmətçilər, ofisiantlar sanitar-gigiyena qaydalarına ciddi riayət etməli, hər toy bitdikdən sonra şadlıq evinin dezinfeksiyası təmin olunmalı, geniş dezinfeksiya işləri aparılmalıdır.

Əslində, bu qaydalar məhz koronavirusdan qorunmaq üçün deyil, hər zaman tətbiq olunmalıdır. İnsanlar toyda, iaşə məkanlarında, otellərdə və başqa ictimai yerlərdə öz təhlükəsizliyinə, sağlamlığına biganə qalmamalıdır”.

Gülşən Şərif

www.yenicag.az

1368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv