Karantini pozan 1 082 nəfər CƏRİMƏLƏNDİ

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 23.06.2020-ci il saat 00:00-dan 24.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 866 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 1 082 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Yenicag.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 197 nəqliyyat vasitəsi rayon, 164-ü isə paytaxt istiqamətinə olmaqla 361 avtomobil geri qaytarılıb.