Sumqayıt şəhərində keçmiş məhkumda silah-sursat aşkarlanıb.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin rejimini pozduğuna görə saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədovdan nömrəsi silinmiş PSM markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.