“Karantini pozan rayonlulardır” deyən Şeyxə Rasim Balayevdən CAVAB

“Əbdül özü rayonlu deyil ki, belə söz deyir? Karantini pozanların rayonlu, şəhərli söhbətinə nə aidiyyatı var?”

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Rasim Balayev həmkarı Şeyx Əbdülün “çayxanalarda, küçələrdə qanunu pozan, maska taxmayanlar da rayondan gələnlərdir” fikrinə münasibət bildirərkən deyib.

Aktyor hər kəsin məsuliyyətli olmasını vacib sayıb:

“Əbdülün fikrinə münasibət bildirmək istəmirəm. Amma hamımızın bir tərəfi rayonludur. Qaydaları pozanlar da təkcə rayonlular deyil. Birdəfəlik anlamaq lazımdı ki, hər kəs tibbi qaydalara əməl etməlidir”.

Cəvahir