Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Karantini pozub, domino oynadılar - CƏRİMƏLƏNDİLƏR

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin olunması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Separadi kəndində hazırda istifadə olunmayan yarımçıq tikilidə domino oyunu təşkil edən 5 nəfər kənd sakini aşkar olunub.

Karantin rejimi qaydalarını pozan həmin şəxslər saxlanılaraq şöbəyə gətirilib. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.

Loading...

www.yenicag.az

374
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100