Karateçilərimiz Dünya Oyunlarında iştirak edəcəklər

Azərbaycanın 3 karateçisi ABŞ-nin Birminqem şəhərində (Alabama ştatı) keçiriləcək Dünya Oyunlarında iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasının Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Dünya Karate Federasiyası (WKF) İrina Zaretska (68 kq), Asiman Qurbanlı (84+ kq) və Roman Heydərlinin (kata) yarışa qatılacağını təsdiqləyib.

Qeyd edək ki, Dünya Oyunları 7 – 17 iyulda gerçəkləşəcək. Karate yarışları 8-9 iyulda baş tutacaq.