Karbohidratlı qidalarda TƏHLÜKƏ: “Gəncliyi məhv etmək üçün düşünülüb”

“Şəkər və çörəklə qidalanma beyin hüceyrələrini öldürür, beyinin inkişafına mənfi təsir edir”.

Yenicag.az bildirir ki, bu fikirləri tibb eksperti Nazir Allahverdi sosial şəbəkədə paylaşıb.

Dünya ölkələrində uşaqların səhər qidalanmasına xüsusi önəm verildiyini vurğulayan həkim Yaponiya, Cənubi Koreya, Almaniya kimi dövlətlərdən misallar çəkib:

“Çox üzülərək söyləyirəm ki, Azərbaycan gəncliyi düzgün qidalanmanın hələ də nə olduğunu bilmir. Bu barədə nə bir məqalə, nə də yazı tapmaq mümkündür. Ona görə kiçik bir araşdırma apararaq, tibb eksperti kimi bu rəyimi sizinlə bölüşürəm.

Yaponiyada uşaqlara səhər yeməyində daha çox yumurta verilməsi haqqında bir yazı gördüm. Dərhal ağlıma öz ölkəmizdə olan insanların qidalanma rejimi gəldi.

Demək, Yaponiyada 7 yaşından etibarən, uşaqlara hər səhər ən azı iki yumurta verirlər. Çörək yemirlər, yesələr də çox az miqdarda istifadə olunur. Hər axşam isə mütləq dəniz məhsulları və balıq yeyilir.

Yaponiya və Cənubi Koreya qoz-fındıq bağlarını son 50 ildə 140 faiz artırıb. Uşaqlara dayanmadan qoz yedizdirirlər. Gündə ən çox iki dəfə yemək yeyirlər. Yeməklərin əksəriyyəti proteinlə zəngin qidalardan ibarətdir.

1950-ci ildə Almaniyanın düzgün qidalanma siyasətini internetdən tapıb oxuya bilərsiz. Onlar bu işdə Yaponiyadan nümunə götürürlər. Bu ölkələr rəsmən uşaqlara necə düzgün qidalanmanın yollarını öyrədirlər.

Şəkər və çörəklə qidalanma beyin hüceyrələrini öldürür, beyinin inkişafına mənfi təsir edir. Marketlərdəki karbohidratlı qidaların əksəriyyəti sırf siyasi məqsəd daşıyır və gəncliyi məhv etmək üçün düşünülüb.

Bir fikirləşin, ən büyük protein deposu olan quzu ətini hər kəs alıb yeyə bilir? Heyvandarlıq niyə bütün dünyada azaldılıb? Bütün ana və atalara səslənirəm! Uşaqlarınızı şəkərli qidalardan və çörəkdən uzaq tutun! Uşaqlar bizim gələcəyimizdir. Onları qoruyaq və inkişaf edək”.