!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kardaşyanın bacısı qızına porno ulduzun adını qoydu

!Reklam – Yazi

Amerikalı realiti şou ulduzu Kayli Jenner ana olub.

Yenicag.az xəbər verir ki, onun ilk uşağına Stormi adını qoyması isə böyük səs-küyə səbəb olub.

Hamiləliyi dövründə sosial şəbəkələrdən və mediadan uzaq qalan 20 yaşlı Kayli ana olduqdan sonra hamiləlik xatirələri ilə bağlı video paylaşıb. Ardından isə o, qızının adını açıqlayıb. Lakin bu adı açıqlaması ilə bir anda Jennerin izləyiciləri onu lağa qoymağa başlayıblar.

Məsələ burasındadı ki, hər kəs Kaylinin bunu son dövrlər ABŞ prezidenti Donald Trampla seks qalmaqalları gündəmdə olan porno ulduzu Stormi Danielsin adından götürdüyünü düşünməyə başlayıb. Jenner bu adı “fırtınalı” sözündən götürdüyünü iddia etsə də, bu, heç nəyi dəyişməyib.

Sosial şəbəkələrdə onu lağa qoyanların yazdıqları da maraqlıdı: “Kayli Jenner gündəmdən uzaq qalıb”. “Bütün dünyanın yaxşılığı üçün biri ona həqiqəti söyləsin”. “Kayli Jenner heç xəbərləri izləmir?” “Stormi sadəcə, uşağın qurama adıdı, əsl adı isə 5-ci dərəcəli qasırğadı”. “Jennerin uşağının adı Pokemona bənzəyir”.

Qeyd edək ki, Kayli Jenner erməni model Kim Kardaşyanın bacısıdır.

www.yenicag.az

6908
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv