Kardi B səhnədəki hərəkəti ilə diqqət çəkdi – VİDEO

Dünyaca məşhur reper Kardi B səhnədəki hərəkəti ilə diqqət çəkib.

Yenicag.az xəbər verir ki, reper səhnədə olarkən tamaşaçılardan biri onun üzərinə spirtli içki atıb. Bundan sonra Kardi B əlindəki mikrofonu dinləyicisinin üzərinə atdığı görünüb.

Konsertdə olan digər tamaşaçılar və mühafizəçilər şoka düşüblər. Sosial mediada paylaşılan görüntülərdə məşhur reperin hərəkəti gündəm olub.