!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kardioloji problemlər, gənc yaşda xəstəlik, ölümlərin artması: “Heyvan mənşəli yağlar...” - AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, ötən günlərdə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb ki, ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə olunur. Qeyd edilib ki, ölümlə nəticələnən xəstəliklər arasında ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir.

Bəs bu xəstəliyin bu qədər artmasının səbəbi nədir? Gənc insanlarda kardioloji problemlər niyə yaranır?

Bu məsələlərlə bağlı Yenicag.az-a açıqlama verən kardioloq Şəmşir Vəliyev bildirib ki, ürək xəstəlikləri genetik faktorlardan da yarana bilər:

“Ürək və qan-damar sisteminin xəstəliyi irsi olur. Ən çox kişilərdə tütün məmulatları və alkoqol istifadəsindən sonra yaranır. Fiziki hərəkətsizlik və passiv həyat rejimi də kardioloji problemlərə yol açır. Gənclərdə bu xəstəliyin yaranmasının səbəbi isə enerji içkiləri içməkləri və narkotik maddələrdən istifadə etməkləridir. Əvvəllər mənə müraciət edən şəxslərin böyük əksəriyyəti 50 yaşdan yuxarı idi. Amma son vaxtlar 35-40 yaşlı gənc insanlarda da kardioloji problemlər yaranır. Hətta o yaşlarda stend qoyulan, damar tutulması problemi yaşayan, infarkt keçirən xəstələr də az deyil”.

Kardioloq Muxtar Müseyibovun fikirlərinə görə, sosial problemlər və stres bu tip xəstəliklərdə böyük rol oynayır:

“Yaşanan hər bir gərginlik birbaşa sağlamlığa təsir edir. Son dövrlərdə də insanlar çox stres keçirir. Psixatrop vasitələr də gənclər arasında geniş yayılıb. Bundan əlavə, insanlar qidalanma sisteminə yetəri qədər önəm vermir. Belə ki, heyvan mənşəli yağlardan çox istifadə edirlər. Bütün bu faktorlar da kardioloji xəstəliklərin artmasına təkan verir”.

Şahanə Paşa

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv