Karnavalda qumbara atıldı

1109208591rgFilippinin Esparansa şəhərində karnaval zamanı qumbara atılıb.

Naməlum şəxslərin atdığı qumbara nəticəsində 6 yaşlı uşaq ölüb, 38 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə çox sayda polis və xilasedicilər cəlb olunub.